Uzun müddətdir ki, yerli mətbuatda Ümid-Müsavat çəkişməsi müşahidə olunmaqdadır. Hər halda, görükəni budur və polemikaya cəlb olunmuş tərəflər də belə bir çəkişmənin mövcudluğunu öz mövqeləri ilə etiraf etməkdədirlər. Bəs, həqiqət nədir: Müsavat nə istəyir, Ümid məsələyə necə yanaşır?
Qısa olaraq, bu çağacan baş verənləri bir daha xatırladaq. Müsavat Partiyası müxalifət qüvvələrinin seçki komissiyalarında təmsil olunmamasının beynəlxalq aləmə çatdırılması naminə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı çərçivəsində Ümid Partiyasına mərkəzi, dairə və məntəqə seçki komissiyalarındakı yerlərindən imtina etməyi təklif edir və sonradan bu təklif şərtə çevrilir. Biz də Ümid Partiyası olaraq bu təklifi anlayışlı qarşılayaraq müsbət bir reaksiya sərgilədik. Partiyanın rəhbər orqanlarında müzakirələrin ardından bəyan etdik ki, seçki komissiyalarındakı nümayəndələrimizi geri çağırmağa hazırıq.
Əgər burada əsas olaraq hədəf kimi götürüləni beynəlxalq ictimaiyyətin lazımi diqqətinin cəlb olunmasıdırsa və beynəlxalq ajiotajdırsa, o zaman daha ciddi və genişmiqyaslı bir siyasi aksiyaya nədən gedilməli deyil? Biz də qarşılıqlı olaraq təklif etdik ki, seçki komissiyalarındakı müxalifət adına çıxış edən Ümid nümayəndələri ilə yanaşı, həm də bu nümayəndəlik hüququnun əldə edilməsində birbaşa səbəb kimi çıxış edən parlament təmsilçiliyindən də imtina edilməlidir. Və bu addımın atılmasına hərtərəfli olaraq hazır olduğumuzu da diqqətlərə çatdırdıq.
Təbii ki, daxili və beynəlxalq ictimaiyyət üçün daha tutarlı bir aksiya məhz Ümid tərəfindən təklif olunanı idi. Bir anlıq təsəvvür edək, müxalifət parlamentdən və seçki komissiyalarından imtina edir. Ən azından 6 müxalifətçi millət vəkili hələ növbəti parlament seçkilərinə bir ildən artıq müddətin qaldığı bir ərəfədə mandatından imtina edir. Bu daha çox benyəlxalq ajiotaj və diqqət vəd edir, yoxsa adı ictimaiyyətə bəlli olmayan hansısa komissiya üzvünün geri çağırılması? Yox, əgər hesab edirlərsə ki, seçki komissiyalarındakı Ümid təmsilçiləri özlərini doğrultmayıblar, yenə yanılırlar. MSK-dakı nümayəndə daxil olmaqla, Ümid Partiyasının komissiyalardakı əksər təmsilçiləri 18 Mart referendumunun nəticələrini tanımayıb. Bəs belə olan halda niyə onlardan imtina etməliyik? Həm də iştirak qərarı verdiyimiz bələdiyyə seçkiləri öncəsi… Məntiq və cavab çox aydındır, heç şərhə də ehtiyac yoxdur.
Bəs belə olan halda, Müsavat Partiyası nədən təklifindən imtina edəsi oldu? Mən bilərəkdən «Müsavat təklifindən imtina edir» ifadəsini işlədirəm. Çünki biz Müsavat rəhbərliyi tərəfindən öncə təklif kimi səslənən bu ideyanın gerçəkləşdirilməsinə qarşı deyilik və buna «yox» demirik. Seçki komissiyalarındakı nümayəndələrimizi günü bu gün də geri çağırmağa hazırıq. Və eləcə də parlament təmsilçiliyindən imtinaya da.
Deməli, hazır olmayan tərəf var və bu tərəf də Müsavat Partiyasıdır. İlkin təklifin səsləndiyi ünvan bu addımı atmağa hazır deyil. Təbii ki, biz onların bu addımı niyə ata bilməmələrinin səbəbini çox gözəl bilirik, sadəcə olaraq məhz özləri tərəfindən ictimailəşməsini istəyirdik, yəni özləri cəmiyyətə izahat verməli idilər.
Çox gözlədik, açıqlamadılar. Və bu gün həm ölkənin siyasiləşmiş elitasında və həm də Azərbaycan cəmiyyətində aydın, reallığı ifadə edən təsəvvürlərin bərqərar olması üçün biz bu səbəbləri açıqlamaq niyyətindəyik.
Müsavat Partiyası bu ilin 18 Mart referendumu öncəsi müxalifət düşərgəsinin əsas kəsiminin böyük çətinliklə ərsəyə gətirdiyi vahid birliyini – Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını parçalamaq niyyətindədir. İlk başdan bildirim ki, bu, heç də ittiham deyil, faktdır.
Və belə bir əhval üzərində niyyətlənmiş, köklənmiş Müsavatın ilk hədəfi Ümid Partiyasıdır. Proseslər durulduqca Müsavatın öz təklifində belə səmimi olmadığı və hətta öz təklifinə bir bəhanə, cılız siyasi maraqlardan doğan cığallıq kimi yanaşdığı da aydın oldu. Son hədəf kimi isə 2010-cu ilin parlament seçkilərinə daha dar çərçivəli ittifaqla gedilməsi nəzərdə tutulur. Daha dəqiqi, Müsavat-AXCP birliyi daha məqbul hesab olunur. Yəni ölkənin siyasi mühitinə ənənəvi menyu təqdim olunur ki, bu fonda da Müsavat tərəfindən əsas problem kimi məhz Ümid Partiyası nişan verilməkdədir. Sonrakı mərhələdə isə Ümid Partiyasının ardından ADP, ALP və VİP də Hərəkatdan uzaqlaşdırılmalıdır. Yəni Müsavat Partiyası «Azadlıq» blokundakı müttəfiqlərindən imtina etməyə vadar edilmiş AXCP ilə ittifaqa can atır ki, belə bir müstəvidə bu təşkilatın «önə çıxması» daha real bir gözləntidir.
Bəs nədən Müsavat AXCP ilə ittifaqda bu qədər maraqlıdır. Çox sadə bir səbəbi var: İndiyə qədərki seçki təcrübəsi göstərir ki, qalib gəlmiş müxalifətçilərin parlamentdə təmsilçiliklərini əldə olunan nəticələr yox, məhz hakimiyyətin yanaşması təmin edib (2000-ci ildə Müsavat, 2005-ci ildə isə AXCP ilə ADP parlamentə məhz iqtidarın istəməməsi səbəbindən buraxılmadılar).
Bu bir faktdır ki, hakimiyyət AXCP-yə daha sərt münasibət sərgiləməkdədir. Müşahidələr də göstərir ki, eyni sərtlik 2010-cu ildə də qüvvəsində qalacaq. Belə bir şəraitdə isə Müsavat Partiyası müxalifətin brendinə artıq küncə sıxılmış vəziyyətdə olan AXCP ilə birgə sahiblənmək istəyir.
Onların hesablamalarına görə, belə bir birliyin ərsəyə gələcəyi təqdirdə ətraflarına cəlb edəcəkləri bir sıra müxalifyönümlü ziyalılar və 3-cü sektor təmsilçiləri hesabına müxalif düşərgənin əsas təmsilçiliyini əldə etmiş olacaqlar və digər qüvvələr müxalifətdışı elan olunacaq. Nəticədə iqtidarın daha sərt təpkisinə tuş gələcək AXCP-nin fonunda yenidən Müsavat parlamentdə əsas yerləri əldə etmiş olacaq. Yəni müxalifətin brendi bu bloka pərçimlənir – AXCP iqtidarın təzyiqləri altında çabalayır, Müsavat isə parlamentdəki müxalif mandatları ələ keçirir. Çünki hakimiyyət də beynəlxalq Aləm üçün nəzərdə tutulan təqdimatın pozulmaması naminə parlamentdə müxalifətə yer vermək məcburiyyətindədir. Müsavatın hesablamalarına görə isə, məcburiyyət qarşısında əldə edilən mandatları da məhz müxalifətin ümumi brendini ifadə etmə fürsətini yenidən əldə edəcək Müsavat Partiyası ələ keçirməlidir.
Paralel olaraq isə Müsavat və AXCP müxalifət düşərgəsinin yenə də əsas ilk partiyaları olaraq öz reputasiyalarını qoruyurlar, digər siyasi qüvvələr isə ənənəvi qaydada ittiham olunaraq, cəmiyyətə «satqın», «Xain» damğaları ilə təqdim olunur.
Bəlkə də belə bir planın arxasında gizlənən Müsavat elitası partiya maraqları baxımından haqlıdır. O zaman Ümid Partiyası nədən hədəfə çevrilməlidir, haqlı olmalı deyil? Axı Ümid rəhbərliyi də öz partiya maraqlarını güdərək, çıxdaş edərək qərarlarını, təkliflərini, addımlarını müəyyən edir.
Cəmiyyət üçün hansısa müxalifət partiyasının seçki komissiyalarından imtinası xeyirlidirsə, o zaman parlamentdən imtina daha çox faydalıdır. Ümid Partiyası da cəmiyyətə Müsavatdan daha faydalı bir prosesi təklif edir. Müsavat bundan niyə imtina edir?
Ən təəssüfləndirici isə odur ki, bütün bu proseslərdə daha çox vasitə kimi bir pozisiyaya layiq görülən AXCP həqiqətləri billə-bilə susmaqdadır və yaxud da Müsavatın mövqeyinə yaxın bir mövqeni ifadə edir. Niyə?
Təbii ki, belə bir şərait Ümid Partiyasını bilmərrə şəkildə qane etmir və bizim haqlı suallarımız da ortaya çıxmaqdadır.
Bəylər, fərqli yolla gedirik - «satqın» deyirsiniz, birgə oluruq, birgəliyimizin daha çox yükünü çəkirik – yenə də eyni iittihamları eşidirik, ən sonda sizə bu hakimiyyətlə mübarizədə daha radikal addımlar təklif edirik - səmimiyyət müəyyən edəcək lakmus kağızı axtarırsınız. Haqlısınızmı? Heç özünüzə bu sualı verdinizmi?
Təvazökarlıqdan uzaq olsa belə, biz sizin ata bilməyəcəyiniz addımları təklifə çevirdiyimizdə müxalifliyimizi belə şübhəyə alırsınız. Bu istiqamətdə müzakirələr açırsınız. Əslində bu, daha çox hədəfi yayındırmaqdır. Biz ilk gündən bəyan etmişik ki, mövcud hakimiyyətin yola salınması üçün nə mümkünsə edəcəyik. Bəlkə bu yolda düz addım atmırıq, nədəsə səhv edirik, yanlış yolu tutmuşuq? Olsun, qəbul edirik. O zaman doğru yolu göstərin. Doğru olanı sizin getdiyiniz yoldurmu?!
Altından xətt çəkərək bəyan edirəm: Xeyir! Getdiyiniz yol doğru deyil!
17 ildir getdiyiniz yolda geridə qalanlara nəzər yetiribsinizmi? İtirilmiş Milli hakimiyyət, nəticəsi iqtidarın xeyrinə olan və onun mövqelərini günbəgün möhkəmləndirən seçkilər, parçalanmış və günü gündən sıraları seyrələn, müqavimət gücü, reaksiya qabiliyyəti məhdudlaşan müxalifət düşərgəsi, laqeyd beynəlxalq ictimaiyyət və yanlış hədəflərə doğru irəliləmənin nəticəsi kimi ortaya çıxan repressiyalardan cana doymuş Azərbaycan xalqı!
Bu doğru bildiyiniz yolda qalbiyyət adına yeganə fakt belə mövcud deyil. Yanlış hədəflər uğrunda xərclənən fədakarlıqlar, qəhrəmanlıqlar hesabına heç bir nəticə əldə oluna bilməz. İndi özünüz deyin, nəticə olmayan yolun davam etdirilməsi hansı dərəcədə ağıllı məntiqin təzahürüdür? Biz də bu yolu gedəkmi? Biz də ümidlə gözləyən, sabahı haqqında qaranlıq təsəvvürlərə malik olan və aciz duruma salınmış vətəndaşlarımızı, ölkə insanlarını xəyal qırıqlığına uğradaqmı?
Amma mövcud faktlar və son olaraq baş verənlər də təsdiqləyir ki, sizi bu gün daha çox düşündürən ölkənin, millətin taleyi yox, məhz partiya maraqlardır. Əgər bu gün Müsavat Partiyası məhz partiya maraqları tələbindən müxalifətin ümumi birliyini hədəf kimi seçirsə, ölkə insanlarının bəlkə də son ümid qığılcımı kimi yanaşdığı ittifaqda qeyri-səmimilik toxumu səpirsə, yanlış təklif hesabına siyasi partiyaları bir-birinə qarşı qoyursa və əsas hədəfin unutdurulmasına çalışırsa, o zaman sizin təqdim etdiyiniz bu yolun nəyi doğrudur?
Yox, əgər sizlər üçün hədəf olanı müxalif düşərgənin birincisi olmaqdırsa, özünüzün müxalifətdəki yeriniz uğrunda savaş açıbsınızsa və bunun üçün mübarizə aparırsınızsa, o zaman sizlərə uğurlar. Bizim belə bir qayğımız yoxdur. Biz müxalifətdə qalmaq üçün yox, hakimiyyət olmaq üçün siyasətdəyik. Biz ilk əvvəl insanları ümidsizlik, çarəsizlik durumundan xilas edərək onların siyasi partiyalara dönüşünü təmin edəcəyik və yalnız bundan sonra qalibiyyətlərə doğru addımlayacağıq. Siyasətin xammalı insanlardır. Bizim ilk əvvəl insanları qazanmağımız lazımdır. Yanımızda isə bu gün çox az insan var…
Məmbə: http://www.lent.az/news.php?id=58293

Комментариев нет:
Отправить комментарий