23.06.2011

Bizim ikinci dilə ehtiyyacımız yoxdur



Son günlər mətbuatda rus dilinə status verilməsi ilə bağlı  müzakirələr açılıb. Ölkənin bir çox tanınmış adamıı, bu məsələ ilə bağlı münasibər bildirsələr də, mən bu münasibətlərin çoxu ilə razı deyiləm.
Azərbaycan Respublikasının dövlət dili azərbaycan dilidir, bu dil hər bir azərbaycanlının ana dili, doğma dilidir! Azərbaycan Əhalisin 90%-i Azərbaycan Türkcəsində danışır. Bizim ölkəmizdə Azərbaycanlılarla yanaışı diyər etnik azlıqların nümayəndələri yaşasalar da heç biri azərbaycanda böyük çoxluq deyil. Hazırki vəziyyətdə İkinci dövlət dili haqqında danışmağa belə heç bir fundamental səbəb yoxdur.
Bəlkə də hansı qüvvələrin bu məsələ də şəxsi maraqları var amma mən, bunu Azərbaycan xalqına  və millətinə qarşı təxribat hesab edirəm. Kimlər Azərbaycan dilini bilmir qoy gedib Ana dili öyrənsin! Bunun üçün dövlət dilini dəyişmək və ya hər hansısa dili ikinci dövlət dili qəbul etmək absurddur.
Düzdür ikinci dövlət dili haqqında qanunlar bir çox dövlətlərdə var. Hətta türkdilli dövlət olan Qazaxstanda da rus dili dövlət dili statusundadır amma nəzərə almaq lazımdır ki, SSRİ-nin süqutundan sonra Qazaxstan əhalisinin 36%-ə qədəri rus idi. Amma Azərbaycanda belə bir hal yoxdur! Azərbaycan dili xalqın əsirlərdən bəri formalaşan milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, ədəbiyatının dayağı, bünövrəsidir. Azərbaycan dilinin bu və ya digər şəkildə unutdurmağa çalışmaqla, Azərbaycan xalqının milli mübarizə əzmini qırmağa çalışanlar unutmasınlar cənubi Azərbaycanda 30 milyon soydaşımız  məktəbsiz, təhsilsiz bütün qadağalara baxmayaraq bu dildə danışır,bu dildə mübarizə aparır.
Azərbaycan Dili Azərbaycan Respublikasının Rəsmi Dövlət Dilidir və belə olaraq qalmalıdır!

Комментариев нет:

Отправить комментарий