Artıq 1994-cü ildən bəri 17ildir ki, danışıqlar prosesi davam edir. Amma hələdə heç bir ciddi nəticə və irəliləyiş əldə olunmayıb. Əslində bütün görüşlərdən sonra eyni açıqlama fərqli sözlərlə ifadə olunur. Nəticə isə göz qabağındadır, daha doğrusu nəticəsizlik!
Bu dəfə də müxtəlif şərhlərə baxmayaraq əminliklə bildirirəm ki, Azərbaycan və Ermənistan Prezidentlərinin “Kazan” görüşündə heç bir ciddi irəliləyiş və hər hansısa ciddi bir sənədin imzalanması gözlənilmir.
Düzdür dövlət rəsmiləri hansısa ilkin sənəd və ya protokoldan söz açsalar da indiki siyasi vəziyyətdə bu sadəcə mümkün deyil.
Lakin bu görüşdə qismən kiçik irəliləyiş gözləmək olar. Belə ki, Qərbin bu münaqişənin həllində maraqları ortadadır, lakin Rusiya Qarabağın Statusu məsələsini qabardaraq istənilən yolla regionun tənzimlənməsi pultunu öz əlində saxlamaq istəyir! Bu görüş isə Ermənistan Rusiya məsələsində rəy zədələnməsini nümayiş etdircək, belə ki. Ermənistanın qərb deyil Rusiya yönümlülüyü artıq tam aydın görsənəcək. Görüşdə tərəflərdən heç biri problemin həlli istiqamətində radikal həll və ya kompromis təklif etməyəcəyindən, ciddi irəliləyiş də mümkün olmayacaq.
Müzakirənin detalları açıqlanmasa da qərbin ən çox üzərində dayandığı məsələ ilkin mərhələdə iki rayonun, Ağdam və Fizulinin azad olunması və ardınca Ermənistan-Türkiyyə sərhədlərinin açılmasını nəzərdə tutan müqavilədir. Lakin tərəflərin buna nə dərəcədə hazır olduğu və iki ölkə vətəndaşlarının bunu nə dərəcədə qəbul edəcəyi sual altındadır.
İkinci ehtimal isə Hərbi həll variantıdır ki, ola bilsin “Kazan” görüşü heç bir nəticə vermədiyi təqdirdə adı çəkilən iki rayon işğaldan azad edilsin. Bu halda Ermənistana Qərbin təzyiqini artırıb münaqişənin həllinə nail olunsun!
Amma bütün bu ehtimalların nə dərəcədə mümkünlüyü ciddi sual altındadır!

Комментариев нет:
Отправить комментарий