“Dialoq Azərbaycan tipli ölkələr üçün vacib amildir. Dialoqun iqtidarla müsxalifət arasında keçirilməsi üçün isə ilk növbədə tərəflərin istəyi və müzakirə predmeti olmalıdır”.
Bu fikirləri “Qafqazinfo”uya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın iqtidat-müxalifət dialoquina vasitəçilik təklfiniə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda iqtidar-müxalifət dialoqu üçün “Siyasi partiyalar haqqında” layihəsi predmet ola bilər. Partiya sədri onu da vurğulayınb ki, iqtidar-müaxlifət dialoquna dəfələrlə cəhd olunub, amma həmişə müxalifətin müraciəti cavabsız qalıb: “Müxalifət bir neçə dəfə buna cəhd edib, amma baş tutmayıb. Ona görə də indi gözləmə mövqeyindədir”.
İqbal Ağazadə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlının “Azərbaycanda dialoq mühiti var” fikirlərinə də münasibət bildirib: “Mən - İqbal Ağazadə Azərbaycan müxalifəti adından dialoqa hazıram. Dəyirmi masada bir araya gəlib Siyasi partiyalar haqqında qanunu müzakirə edək. Venetsiya Komissyasına da təqdim edək ki, Azərbaycan müxalifəti ilə iqtidarı bu qanunu qəbul etdi”.

Комментариев нет:
Отправить комментарий