İqbal Ağazadənin Bloqu

23.12.2011

Fransa Parlamentinin "Soyqırımı" qərarı haqqında @Azerbaijan @Parlimanet @Igbal Agazade

Podkastı dinləmək üçün klikləyin: Fransa Parlamentinin "Soyqırımı" qərarı haqqında @Azerbaijan @Parlimanet @Igbal Agazade

Fransa Parlamentinin "Soyqırımı" qərarı haqqında @Azerbaijan @Parlimanet @Igbal Agazade by Vuqar Usi Adigozel
Müəllif Iqbal Ağazadənin Bloqu Saat 03:51
Отправить по электронной почтеНаписать об этом в блогеПоделиться в XОпубликовать в FacebookПоделиться в Pinterest

Комментариев нет:

Отправить комментарий

Следующее Предыдущее Главная страница
Подписаться на: Комментарии к сообщению (Atom)

HÖRMƏTLI BLOQ ZIYARƏTÇILƏRI!

Öncə sizi salamlayıram!

Hesab edirəm ki, bloqumu ziyarət edən hər kəs qonağımıdr. Bu bloqda mənim fikirlərimlə, müsahibələrimlə, ən əsası mövqeyimlə tanış ola bilərsiz. Fikrimcə qüdrətli Azərbaycan uğrunda apardığımız ağır, amma şərəfli fəaliyyətlə tanış olandan sonra siz də bizimlə yürüməyə davam edəcəksiniz. Bu ölkəni birlikdə quracağıq!!!

Cənubi Qafqaz açılımı

Qarabağa aparan yeni siyasi kurs və yaxud Cənubi Qafqaz Evində ev sahibinə çevrilməyimiz bizə hansı üstünlükləri vəd edir?

Ermənistan-Azərbaycan münaqişəsi mahiyyəti üzrə yeni mərhələyə qədəm qoyub. Əvvəlki mərhələlərdə (1993-99-cu illər və 1999-2005-ci illər) konfliktin həlli daha çox münaqişə tərəflərindən tələb olunurdusa, indi vasitəçilik edən tərəflər konfliktin həlli ilə bağlı konkret təkliflər verir və münaqişə tərəflərinə bu təklifləri qəbul etdirməyə çalışır.

Son təkliflərin (Madrid prinsipləri) qısa xülasəsinə nəzər salaq. Birinci mərhələdə Ermənistan Dağlıq Qarabağdan kənar işğal etdiyi 7 rayondan 5-ni (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) azad edir, bu rayonları məcburi tərk etmiş köçkünlər yerlərinə qayıdır.Qarşılıq olaraq isə Azərbaycan tərəfi Ermənistanı iqtisadi blokadadan çıxarır və əvvəlki regional iqtisadi təcrid siyasətindən imtina edir. Növbəti etapda Kəlbəcər rayonu erməni işğalından azad edilir və Laçın dəhlizinin statusu qarşılıqlı anlaşma yolu ilə müəyyən olunur. Sonra isə Dağlıq Qarabağın aralıq statusu barədə razılaşma əldə edilir, Dağlıq Qarabağdan olan məcburi köçkünlər (ermənilər və azərbaycanlılar) öz yerlərinə qayıdır. Bütün bu addımların yekunu olaraq isə Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyən olunması prosesi nəzərdə tutulur.

http://iqbalagazade.blogspot.com/2011/06/cnubi-qafqaz-acilimi.html

Davamını bloqda oxu..

İqbal Ağazadənin sensasion məxfi müraciəti – I hissə

Biz niyə məğlub oluruq?!

1993-cü ildən bu yana Azərbaycanda mövcud iqtidarın anti-demokratikliyini və avtoritar mahiyyətini həm xarici, həm də daxili auditoriyaya sübut etmək üçün siyasi təşkilatlar yetərincə çaba göstərsələr də, hər dönəmdə iqtidar qazanmış kimi görünür - həm seçkinin nəticələri onların xeyirinə olur, həm siyasi təşkilatlar zəifləyir, həm də beynəlxalq dəstək daha çox iqtidara verilmiş kimi görünür. Səbəb?

Səbəblər çoxdur. İlk növbədə iqtidarın repressiv siyasəti, avtoritar mahiyyəti, həm də seçki saxtakarlığı ölkənin bu günə düşməsini şərtləndirir. Mövcud iqtidar barədə çox şeyi demək, onun siyasəti haqda geniş danışmaq olar. Amma hamımız bunu bilirik. İqtidarın mahiyyəti bəllidir. Biz onun mahiyyəti barədə danışıb, zamanımızı ona sərf etməkdənsə üzərimizə düşən yükün nədən ibarət olduğunu aydınlaşdırmalıyıq. Bu yükü daşıya bilən siyasi təşkilatın ortaya çıxmasını təşkil etməyi bacarmalıyıq. İqtidar pisdir, repressiv, avtoritar, yerlibaz, korrupsionerdir deyib də sadəcə, təşkilatlanmadan gözləyəkmi?! Yoxsa yuxarıda saydığım keyfiyyətləri olan bir iqtidarın nə vaxt hakimiyyətdən əl çəkəcəyini, ya da demokratik seçki keçirəcəyini xəyal edib, bir yol aramağı düşünmədən mövcud xırda strukturlarımızı qorumaqla, o xoşbəxt anın nə vaxt gələcəyinə ümid edəkmi?! Biz o qədərmi sadəlövh olmuşuq ki, bu iqtidardan demokratik və ya azacıq demokratik seçki gözləyək?! Məncə, heç birimiz sadəlövh deyilik. Bəlkə ümid edirik ki, beynəlxalq təşkilatlar və ya üzv olduğumuz qurumlar bizi bu iqtidarın əlindən alacaq?! Məncə buna da ümid etməyə dəyməz.

http://iqbalagazade.blogspot.com/2011/10/iqbal-agazadnin-sensasion-mxfi-muraciti.html

Davamını bloqda oxu...

Bloq Arxivi

Ümumi Baxışların sayı

Ölkələr üzrə baxışlar

free counters
Тема "Корпорация "Чудеса"". Технологии Blogger.