Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrexlə görüşüb.
Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai siyasi vəziyyətlə yanaşı siyasi məhbusların azadlığa buraxılması, ölkədə sərbəst toplaşma hüququnun məhdudlaşdırılması, siyasi partiyalar haqqında qanunda olan çatışmamazlıqlar və qanunun qəbulunun ləngidilməsi müzakirə olunub. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi həmçinin 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı da Ümid Partiyasının sədri, Millət vəkili İqbal Ağazadənin düşüncələrini öyrənib.
Комментариев нет:
Отправить комментарий