26.03.2012

“Əli Kərimli ilə mərhələlik razılaşma oldu”

“Əli Kərimli ilə mərhələlik razılaşma oldu”
Müxalifətin əsas nöqsanları nədir?
Müsahibimiz Ümid partiyasının sədri , millət vəkili İqbal Ağazadədir.

- İctimai Palata bu il üçün iş planını elan etdi. Aydın oldu ki, yenə strateji prinsiplər var,amma taktiki gedişlər yoxdur. Müxalifətin taktikasız qalma səbəbləri nədir?
-Hər bir siyasi blokun, siyasi partiyanın əvvəlcədən hansısa bir proqnoz verməsi yaxşı haldır. Çünki bu ona dəlalət edir ki, onlar siyasi prosesləri təhlil ediblər. Amma təssüf ki, bəzi blokların, siyasi güclərin proqnozları özünü doğrultmur. Bu da ciddi narazılıq və inamsızlıq yaradır. 2011-ci ildə də hakimiyyət dəyişikliyi ilə bağlı proqnozlar verilirdi. Amma o zaman mən yazdım ki, biz geopolitik baxımdan ərəb və ya şərq məkanında deyilik, biz possovet məkanındayıq və buna görə dostlarımız ən azı ilin sonuna qədər gözləməlidilər. Çünki noyabr ayından sonra Rusiyada proseslər başlayacaq və bundan sonra bu proses MDB ölkələrinədə təsirini göstərəcək. Çünki 2003-cü ildən sonra qərbin Rusiya ilə bağlı belə strategiyası var idi- güclü Rusiya və güclü Putinlə ətraf bölgələrdə demokratiyaya keçmək və bununla Rusiyanı demokratiya mühaisirəsinə salmaq. Bu projedə Ukraynada, Gürcüstanda, Azərbaycanda var idi. Buna görə Avropa İttifaqıda 2006-cı ildə, 2008-ci ildə şərq əməkdaşlığı layihələrini həyata keçirtməyə başladı. Amma bu xətt özlüyündə iflasa uğradı. Və ekspertlər bildilər ki, Güclü Rusiya ərtafında demokratik həlqə yaratmaq mümkün deyil. Çünki Rusiya həmin ölkələrə bir başa təsir edə bilir. Buna görədə artıq ikinci plan işə düşdü. Zəiflədilmiş və içərisinə doğru sıxışdırılmış Rusiya və onun ətrafında demokratik bir həlqə yaratmaq. Demək olar ki, bu gün artıq buna nail olublar. Çoxları Rusiyadan mart ayında yenə nə isə gözləyirlər. Amma Rusiyada proses artıq bitib. Qərb Rusiyada istədiyinə nail olub. Güclü, legitim Putin, mart ayındakı seçkilərdən sonra zəif və qeyri-legitim Putinlə əvəzlənəcək və bu da Putinin həm regional siyasətə təsirini azaldacaq , həm də dünya siyasətinə təsirini zəiflədəcək. Avropa bundan sonra Putindən bir sıra güzəştlər əldə edə biləcək. Çox təssüf ki, Azərbaycanda dostlarımız , siyasi partiyalar bu cür məsələlərin təhlilinə, analizinə elmi cəhətdən yanaşmırlar. Sadəcə ictimai siyasi proseslərin fonunda emosional yanaşmalar ortaya qoyulur. Emosional yanaşmalardan isə heç bir nəticə çıxmır.



- Bəs onda 2012-ci il aktiv il ola bilərmi?
-Ola bilər. Ən azı hər bir insan sualına cavab tapmaq haqqında düşünə bilər. Amma bunun üçün gəlin baxaq görək partiyaların, blokların bununla bağlı taktiki planları varmı? İctimai Palata Azərbaycanda müxalifətin bir kəsiminin birləşdiyi blokdur, o cümlədən “Qarabağ” blokuda, həmçinin digər bloklarda. Və bu kəsmilərin ayrı-ayrılıqda edə biləcəyi bundan bir az artıq ola bilər. Müxalifətin ümumi birliyi olmadan , geniş hədəflər uğrunda mübarizə aparmadan böyük şeylərədə nail ola bilməyəcək. İctimai Palata haqqında nə isə demək istəməzdim. Ancaq tək bunu demək istərdim ki, İctimai palata öncədən üzərinə götürdüyü vəzifələri yerinə yetirə bilmədi. Düzdü ayrı-ayrı partiyaların orda 5-3 nəfər nümayəndələri var və 5-3 nəfərdə müstəqil şəxs bu bloka daxil oldu. Əksəriyyət isə yenə də AXCP və Müsavat üzvləri indi ki, onlarda əslində bir strukturdular. Yəni burda yeni sosial baza yoxdu. Belə olanda halda ən gözəl planları belə həyata keçirtmək sadəcə mümkün deyil və ya çox çətindir.
- İqbal bəy, Azərbaycan hazırkı durumu ilə nə Rusiyadır, nədə ərəb dünyası. Bu gün cəmiyyətdə bir psixoloji biganəlik var. Bu gün insanlar nə yoxsulluğun pik nöqtəsindədir, nədə imkanları ərəb dünyası vətəndaşlarının imkanları həddindədir. Belə olan halda hansısa radikal dəyişikliyi gözləmək nə qədər məntiqli olar?
- bütün məsələlərdə fazalı keçid daha cəlbedici və daha ağrısız olur. Mən çox istərdim ki , Azərbaycanda bütün keçidlər fazalı keçid olsun. Amma buna təkcə bizim arzu və istəklərimiz yox, həm də reallıqlar və hakimiyyətin siyasəti bu istiqamətdə olmalıdır. Azərbaycan vətəndaşı laqeyd deyil. Azərbaycan vətəndaşı inamsızdır. Bəli, inanmamaq onların haqqı, inandırmaq isə bizim borcumuzdur. Düzdür bu mərhələdə hələ ki, siyasi partiyalar inandırmaq vəzifəsini yerinə yetirə bilmirlər. Bu gün seçici həm də hakimiyyətin onun problemini həll edəcəyinə, müsbət addımlar atılacağına da inanmır. Amma insanlar onlardan sonra gələcək qüvvənin də bu problemləri həll edəcəyinə inamı yoxdur. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər 1992-1993-cü il AXC hakimiyyətinin uğursuzluğu bir inamsızlıq yaradıb. Əgər seçiciyə kimsə öz inamını göstərə bilərsə seçici bir anın içində dəyişə bilər. Amma bunun üçün hələ ki, ciddi addım atmağa imkan yoxdur.
- Bəs siz özünüz necə? Axı AXC hakimiyyətində təmsil olunmayıbsınız?
- Təssüf ki, Azərbaycan müxalifəti haqqında bir fikir var. Hakimiyyətin yanında olanların hamısı YAP hesab olunur, müxalifdə olanlar isə cəbhə hesab edilir, AXCP yox AXC. Və bu düşüncəni hələlik dəyişmək mümkün olmur. Bu gün Azərbaycanda iki sosial qrup var. Biri, hakimiyyətin sosial qrupudur. Yəni, hakimiyyətə dəstək verən və ya hakimiyyətin yanında olanlar. Birdə 1988-1992-ci ilin narazı elektoratı qismində qalan cəbhə sosial qrupu var. Hələlik cəmiyyətdə nə AXCP, nə Müsavat, nə ADP, nə Ümid nə də bir başqası özünün sosial bazasını yarada bilməyib.
- Bir müddət öncə xarici diplomatlardan biri ilə söhbət zamanı iqtidar müxalifət dialoqunun baş tutmasının mümkünlüyündən danışanda müxalifətə ünvanlayaraq belə bir fikir səsləndirdi ki, bu o zaman olacaq ki, daha böyük İqbal Ağazadə olsun. Daha böyük İqbal Ağazadə olmaq mümkün deyil?
- İşləmək lazımdır. Biz o istiqamətdə çalışırıq. Biz partiyada tez-tez təhlil edirik. Bu gün iki qrup var. Ənənəvi müxalifət və hakimiyyətin yanında yer almış müxalifət və birdə cəmiyyətə öz çətirini açan müxalifət var. Biz o çətiri açmışıq amma Azərbaycanı əhatə edə bilməyib. Çətinliklər çoxdu. Hakimiyyətin siyasi institutlar yaratmağa imkan verməməsi , müxalifətin öz-özünə monopolist yanaşması...
- Bəlkə tam olaraq bir xarizmatik lider kimi yetişməyibsiniz?
- Hər şey ola bilər.
-Bu reallıqdıki bu gün partiyalara üzv olmaq nə pula görədir, nə ideologiyaya görədir. Adətən liderə görə partiyalara bir yanaşma olur...
- Ola bilər. Azərbaycanda liderlərlə bağlı faciəvi bir durum var. Bütün dönəmlərdə mövcud olan liderlərin hamısı, hətta Əbülfəz Elçibəydə, Heydər Əliyevdə, hər kəs bir dövrdə xəyanət, bir dövrdə qəhraman olub. Bu dəhşətli bir şeydir. Və bunun yükü də zaman-zaman bizim üstümüzə qoyublar. Bizidə xəyanətkar elan etdikləri zaman olub, qəhrəman etdikləri dövr olub. Heç uzağa getməyək 1990-cı ildə Heydər Əliyevə etiraz edərək ayağını yerə döyənlər, 1991-ci ildə Əbülfəz Elçibəyin başını yaranlar, yəni cəmiyyət bu istiqamətdə formalaşdığından yenə də liderlərin özünü təsdiqini gözləmə xəttini tutublar. Biz isə çalışırıq. Bizim tutduğumuz kurs doğrudur. Biz Azərbaycanda barış tərfdarıyıq.
-Əgər barış tərəfdarısınızsa niyə hər gün yalnız müxalifət mətbəxində olursunuz, elə hakimiyyətlə ünsiyyətləri dərinləşdirində?
- Hakimiyyət və müxalifət. Bunların fəlsəfəsində böyük fərq var. Müxalifətin bu gün fəlsəfəsində yanlışlıq fərdlərlə və taktikasızlıqla bağlıdır. Hakimiyyətin fəlsəfəsində ki, yanlışlıq isə idarəetmə və sistemlə bağlıdır. Bizim idarəetmə ilə bağlı hakimiyyətlə yanaşmamız üst-üstə düşmədiyindən biz onlara yanaşa bilmərik. Biz yanaşaraq o mexanizmə daxil olarıqsa, bu mexanizmi biz dəyişənə qədər mexanizm bizi dəyişəcək. Gedib tamam fərqli bir yerə çıxacağıq. Amma müxalifətin içinə daxil olmaqla müəyyən qüsurları aradan qaldırıb öz fəlsəfəmizi ortaya qoya bilərik. Buna görə biz burdayıq və müxalifətin birliyinə çalışırıq. Bu birliklə biz hakimiyyəti təhdid edib, daha düzgün addım atmalarına nail ola bilərik.
-İsa Qəmbər, Əli Kərimli, İqbal Ağazadə, Rəsul Quliyev təsəvvürünüzə gətirin ki, bir araya gəliblər və hakimiyyəti təhdid etməyə başladı. Buna sizin özünüz inanırsınız? Vallah gülməli görünür.

- Gülməlidir, çox gülməlidir. Amma bundan da gülməlisi Azərbaycanın vəziyyətidir və hesab edirəm ki, daha gülməli bir vəziyyətin olmaması üçün addımlat atılmalıdır.
- Atıldı, bir müddət öncə İctimai Palatanın Kordinasiya Şurasına üzv seçkiləri zamanı müsavatçılar Əli Kərimlinin, cəhbəçilər isə İsa Qəmbərin əleyhinə səs verdilər...Sizdə deyirsiniz ki, bir yerdə hakimiyyəti təhdid edəcəksiniz. Bəlkə elə buna görə hakimiyyət müxalifətlə hesablaşmır?
- Hakimiyyətin gəlin bir siyasətinə, elə qəzet siyasətinə diqqət yetirək. Əvvəl nə etdi? Yayımı mərkəzləşdirdi. Sonra yavaş-yavaş köşkləri yığışdırdı. Sonra rayonlara daşınmanı azaltdı. Bu gün bakının özündə belə qəzet almaq üçün çətinliklə köşk taparsan. Əslində buna sadə bir hal kimi baxırıq. Amma bu belə deyil. Mən peşəkar qəzet alan kimi qarşıma qəzet satan çıxmasa, daha mən qəzet axtarmağa başlamıram. Amma əvəllər 100 metrdə 2 köşk var idi. Siyasi partiyalarla da bağlı eyni addımdan istifadə edildi. Siyasi partiyaları üz-üzə qoydu.
- Bəy, üzə qoymaqdan danışırsınız. Bax elə sizin özünüz, bir ara çox ciddi şəkildə güclənmişdiniz. Artıq real güc kimi meydana çıxmağa çalışırdınız. Bəs nə oldu? Hakimiyyət yox müxalifətin öz içindən sizə qarşı kompaniya başladı və kifayət qədər zəiflətdilər...
- Amma hakimiyyətdə bundan məharətlə istifadə edir. Bilirsinizmi , beynəlxalq tədbirlərdə müxalifətlə hakimiyyət təmsilçiləri birgə iştirak edir və tutalım İqbal Ağazadədən söz düşür. Hakimiyyətdə olan sakitcə bir söz deyir ki, İqbal Ağazadə bizim adamdır. Vəssalam. Artıq bu məsələ qabardılır. Yaxşı əgər filankəsin dediyi doğru idisə o adam öz adamını niyə deşifrə edirdi? İkincisi bu adamın dediyi doğrudursa, əsasdırsa onda hakimiyyətin dediyi digər bütün məsələlərə də inanın. Bundan başqa adamların nə deməyi önəmli deyil. Bu siyasətdə tutduğun mövqe , ardıcıllıq önəmlidir. Gərək ABŞ deyəydi ki, parlamentdə bir müxalifət vəkili var oda İqbal Ağazadədir, bundan sonra sizdə bunu deyəydiniz? Olurmu belə şey. Ən böyük səhvdə sərhəd çəkməkdir. Elə bil üç nəfər düzülür siyahıya və deyirlər ki, siz artıq bizdən, müxalifətdən deyilsiniz. Yaxşı əgər müxalifətdə siz üçünüz qalıbsınızsa qalan hamı iqtidarın yanındadırsa, deməli çoxluq o tərəfdədir və orda haqq var. Belə olanda sən hakimiyyəti haqlımı çıxartmaq istəyirsən?
- Prezident seçkilərində iştirak edəcəyinizi deyibsiniz. Seçkilərdə iştirak edib özünüzü niyə xərcləmək istəyirsiniz?
- Heç bir halda özümüzü xərcləmirik. Seçki bir prosedurdur. Düzdü belə tendensiya var ki, seçkilərdə qalib gəlməyəcəksənsə iştirak etmə. Diqqət yetirin bütün parlament seçkilərində müxalifətin aktivləri bütövlükdə iştirak edir. Prezident seçkilərində də ya boykot edilir ya da iştirak olunur. Kollektiv maraq var və “elnən gələn toy-bayramdır”- prinsipi əsas götürülür. Amma fərdi məsuliyyəti heç kim daşımaq istəmir. Gəlin bu məsuliyyəti daşımayaq, sözümüzü seçiciyə deməyək, seçici ilə işləməyək, məram və məqsədimizi bəyan etməyək, bəs onda proseslərdə niyə varıq? Bizim vəzifəmiz bir azda dərvişliyə oxşayır. Biz həm də ideyalarımızı təbliğ edirik. Özümüzü xərcləmək deyil bu. Mən prezident olacağam deyə vuruşmuram ki, mən demokratik cəmiyyət üçün vuruşuram. Buna görə prosesi dayandırmaq olmaz. Mən prosesin böyük kiçik bir vintiyəmsə bu vinti dayandırmaq olmaz axı. Mən qorxum deyə geri çəkilirəmsə o vint dayanır. Bunu etmək olmaz. Lazım gələrsə İqbal Ağazadənin başınıda kəsmək lazımdır. Təki demokratik proses dayanmasın. Ona görə mənim iştirak etməyim və xərclənməyim qorxulu deyil. Əsas odur ki, proses durmasın. Demokratiyaya heç vaxt hadisə kimi baxmaq lazım deyil. Bu uzun bir prosesdir.
- Son zamanlar Rəsul Quliyev-Əli Kərimli-İqbal Ağazadə birliyindən də söhbət gedir. Bu nə qədər realdır. Görüşlər olubmu?
- Biz hər kəslə birliyə hazırıq Azərbaycanda. Və bu istiqamətdə danışıqlar aparırıq. Bəli, bizim uzun müddətdi elə Əli Kərimlinin özü ilə danışıqlarımız olub. Görüşmüşük, danışmışıq. Bir mərhələyə qədər razılaşmışıq. Amma bir mərhələ üçün bəzi şeylər bir yerdə dayanıb. Yenə deyirəm hamı iki məsələni düşünməlidir, hara qədər gedə bilərik və daha ciddi katakilizmlər yaranmasın.
Akif Əli

Комментариев нет:

Отправить комментарий