İstənilən halda güclü müxalifət güclü iqtidarı şərtləndirir və siyasi-ictimai hadisələrə təsir gücünə malik müxalifət iqtidarı daha yaxşı işləməyə vadar edir. Bu günümüzün, müasir dünyanın qəbul etdiyi rəqabət prinsipidir. Çox təəssüf ki, biz bu gün Azərbaycanda sərbəst və ədalətli rəqabət görə bilmirik. Azərbaycan iqtidarı isə ciddi cəhdlə müxalifətin birləşməsinin və güclənməsinin əleyhinə gedir, müxalifət iqtidarı o qədər “narahat” etməyə başlayıb ki, iqtidar nəinki ona qarşı bütün qüvvələrini səfərbər edib, hətta müxalifətlə “mübarizə”sini açıq şəkildə bəyan edir. Müxalifətin hər bir addımını iqtidarın izləməsi və münasibət bildirməsi , bu və ya digər yolla hadisələri nəzarətdə saxlamaq istəyi iqtidarın “narahat” olduğundan xəbər verir.
Son günlər, “Müxalifətin Zirvə Toplantısı”ndan sonra YAP-ın İcraçı Katibi Ə.Əhmədovun hadisəyə sərt reaksiyası yüxarıda sadaladıqlarımın bariz nümünəsi və sübütudur.
Çox təəssüf edirəm ki, iqtidar nümayəndəsi müxalifət haqda belə düşüncəyə və fikrə malikdir. İstənilən ideal və demokratik hökümətdə ən azı 30-35% müxalifət təmsil olunur, lakin hazırki hökumətdə demək olar ki, hakimiyyət tam olaraq iqtidaryönümlü şəxslər arasında bölüşdürülüb, vəziyyətin belə hal almasında şübhəsiz ki, hazırki iqtidarda olan qüvvə maraqılıdır.
Azərbaycanda müxalifətin olmadığını iddia edən Əli Əhmədov bu açıqlaması ilə rejimin mahiyyəti barədə bir daha fikir bildirmiş oldu.
O, bir daha təsdiq etdi ki, müxalifətə belə münasibət yaradan iqtidardır.
O, bir daha təsdiq etdi ki, müxalifətə belə münasibət yaradan iqtidardır.
O ki, qaldı müxalifətin mövcudluğuna, Azərbaycanda ciddi strukturlara malik siyasi fəaliyyət göstərən və ictimai-siyasi proseslərə təsir edə biləcək gücdə müxalifət var. Sadəcə qanunların işləməməsi, özbaşınalıqlar müalifətin ictimai-siyasi proseslərə təsirni qismən də olsa azaldır.
Bütün bunlara baxmayaraq bü gün seçici-vətəndaş Azərbaycan müxalifətini, onun problemlərinə sahib çıxa biləcək yeganə güc formasında görür.
Комментариев нет:
Отправить комментарий