Bir yandan Nazirlər Kabineti Ali təhsil müəssisələrində illik təhsil haqqılarını bahalaşdırır, digər yandan Prezident gənclər siyasəti ilə bağlı sərəncam imzalayır. Ümümiyyətlə Azərbaycan Höküməti gənclər siyasətində ciddi qüsurlar var ki, m'n hər zaman öz çıxışlarımda da bildirmişəm ki, gənclər siyasəti Azərbaycan Dövlətinin qarşısında duran prioritet məsələ olmalıdır.
Hal-hazırda Hökumət bu istiqamətdə ciddi səhvlərə yol verir, xüsusən də ali təhsil müəssisələrində.
Dövlət müəssisəsi olan Universitetlərdə tədris Azərbaycan vətəndaşları üçün tam ödənişsiz olmalıdır. Azərbaycan hökuməti tələbələrə yüksək səviyyədə təhsil ala bilmələri üçün bütün güzəşt və imkanları tanımalı, neft gəlirlərini heç bir gəlir gətirməyən tikinti layihələrindənsə insan kapitalına çevirməlidir. Heç bir məntiqə sığmır ki, eyni şəraitdə, eyni auditoriyada oturub eyni müəllimdən dərs alan tələbələrin biri ödənişsiz əsaslarla təhsil alsın, bir digəri dövlətə buna görə pul ödəsin. Mən parlamentdə də dəfələrlə qeyd etmişəm, bu sistem aradan qaldırılmalıdır və Azərbaycan gəncinin, Azərbaycan vətənaşının təhsil ala bilməsi üçün bütün mümkün şərait yaradılmalıdır.
Azərbaycan Universitetlərində təhsil hədsiz bərbad şəkildə aparılır. Universitetlər köhnə Sovet sistemindən tam imtina etməmiş Baloniya sistemini tətbiq etməyə başlayıblar və nəticədə yarımçıq və anlaşılmaz bir təhsil sistemi əmələ gəlib ki, bu da təhsil sahəsində ciddi problemlərə, bürokratiya və kütləvi korrupsiya hallarına mümbit şərait yaradır.
Mən dəfələrlə demişəm ki, Azərbaycanda Dövlət universitetləri təmərküzləşməlidir. Məsələn texniki təhsil verən Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası vahd mərkəzdə birləşməlidir. Belə təmərküzləşmiş sistem təhsilə müsbət təsir göstərəcək, eyni zamanda, birləşmiş elmi işçi heyəti arasında düzgün seçim etmək və günün standartlarına cavab verən professor müəllim kontingentinin seçilməsinə imkan yaratmaqla təhsili daha effektiv etmək olar. Bu eyni zamanda özəl sektorun da inkişfına, təhsil sistemində ödənişli əsaslarla təhsil təklif edən universitetlərin artmasına və onlarda təhsilin keyfiyyətinin yüksəldilməsinə stimul verəcək.
Azərbaycan üçün gənc nəsilin tərbiyyəsi ilə məşğul olacaq məllim hazırlığı da xüsusilə dövlətin nəzarətində olmalı, universitetlərdən müvafiq pedoqoji fakultələr vahid universitet şəklində birləşdirilməlidir.
Azərbaycan təhsil sisteminin ciddi islahatlara ehtiyyacı var, Azərbaycan gənclərinin savadlı yetişməsi üçün hər kəs öz məsuliyyətini dərk etməli və ciddi cəhdlə çalışmalıdır.
Комментариев нет:
Отправить комментарий