29.07.2011

IV Hakimiyyət



Azərbaycanda medianın vəziyyəti Avropa şurasına üzv bir dövlət üçün adekvat deyil. Mediada hələdə senzuranın olması, jurnalistlərin yazılarına və fikirlərinə görə təqib olunması XXI əsrdə müstəqil, dünyəvi bir dövlət üçün absurddur. Media IV hakimiyyətdir amma çox təəssüf  ki, real şəraitdə biz bunu görmürük. Halbuki müstəqil media demokratiyanın təməl prinsipi, hüquqi-dünyəvi dövlətin dayağıdır.

Çox təəssüf edirəm ki, Azərbaycanda media təkcə güc vasitəsi ilə deyil, eyni zamanda qanunlar vasitəsi ilə də sıxışdırılır. Hələdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təhqirlə bağlı 148 və 149 cu maddələr qalmaqdadır. Qanunda təhqir haqqında maddənin hələdə ləğv olunmaması, diffomasiya haqqında qanunun olmaması azad sözə, müstəqil mediaya təhlükədir. Buradan da görünür ki, Azərbaycanda media yüksək qurumlarla yanaşı qanun tərəfindən də sıxılır. Beləliklə insanların özünü ifadə azadlığı pozulur, təhdidlərə və həbslərə məruz qalırlar. Hamıya məlumdur ki, dəfələrlə Azərbaycanda media nümayəndələri öz fikirlərinə görə təqib olunub, həbs cəzası alıblar. Şükrlər olsun ki, hal-hazırda həbsdə olan jurnalist yoxdur, lakin bu hələdə ifadə azadlığına tam təminatın olması demək deyil.
Media azadlığını təmin etmək üçün difomasiya haqqında qanunun qəbulu mütləqdir. Bu qanun qəbul olunarsa hüquqi baxımdan jurnalistlərin həbsi və ya hər hansısa bir fikirə görə təqib olunması mümkün olmayacaq.
Lakin bu o demək deyil ki, qanun qəbul olunduqdan sonra jurnalistlər istədikləri məlumatı yaya biləcəklər. Yeni qanun jurnalistlərin üzərinə əlavə məsuliyyət qoyacaq ki, bu da informasiyanın dəqiqliyi və nə dərəcədə həqiqətə uyğun olub olmamasıdır. Eyni zamanda boz və sarı mətbuatda insanların, ictimai-siyasi xadimlərin şəxsi həyatı və şərəf-ləyaqəti təminatlı şəkildə qorunmalıdır.
Hazırki  vəziyyətdə məncə ictimai-siyasi xadimlər media nümayəndələrinə güzəştə getməli, dözümlü olmalıdırlar.  Media nümayəndələrinin məhkəmə ilə qorxutmaq məncə doğru addım deyil.
Mən bu problemlə bağlı bütün iddiaçı məhkəmə müraciətlərini geri götürməyə səsləyirəm. İctimai-siyasi xadimlər bu məsələdə bir balaca tolerantlıq göstərməlidirlər.

Комментариев нет:

Отправить комментарий