İqbal Ağazadə: «PKK-nın yançısı olan şirkətlərin Azərbaycanda bizneslə məşğul olmaq imkanları var»
«Hesab edirlər ki, müxalifətlə görüşmək iqtidarlararsı münasibətlərə soyuqluq gətirər»
Azərbaycan-Türkiyə münasibətlərindəki problemlər aradan qalxmayıb. Ərdoğanını Bakı ziyarətində də uzun müddət müzakirəsi davam edən məsələlərlə bağlı hər hansı fikr ifadə olunmadı. Deməli tərəflər hələ də ortaq məxrəcə gələ bilmirlər. Səbəblər nədən ibarətdir?
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə iki ölkə arasında münasibətlərlə bağlı fikrlərini «Bizim Yol»un ouxucuları ilə bölüşüb. Müsahibəni təqdim edirik.
- Mətbuatda və siyasi dairələrdə Türkiyə-Azərbaycan münasibətlərində yaranan anlaşılmazlıqlar müzakirə edilir. İki ölkə arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- Biz son 20 ildə Türkiyə-Azərbaycan münasibətlərində ən həssas dönəmi müşahidə edirik. Bu dövrə qədər olan münasibətlərdə hər iki dövlət bir-birinə dəstək, yardım, anlamaq mərhələsində idi. İndi isə tərəflərin bir-birindən tələbləri var. Həm də konkret siyasi addımlar umurlar. Məsələn, Türkiyə tərəfi viza sisteminin aradan qaldırılması, PKK ilə bağlı problemə Azərbaycanın dəstəyi, enerji daşıyıcıları məsələsində Türkiyəyə üstünlüyün verilməsini istəyir. Azərbaycan tərəfinin istəkləri Türkiyənin qonşulara tətbiq etdiyi sıfır siyasətinin Ermənistana şamil olunmaması, Azərbaycanın maraqlarının müdafiə edilməsi, Surix protokollarının gündəmə gətirilməməsindən ibarətdir. Bu istəklər və iddialar olanda və gerçəkləşməyəndə münasibətlərdə soyuqluq yarada bilir. Ona görə də, tərəflər bu həssas dönəmi nəzərə almağa borcludurlar.
- Baş nazir Ərdoğanın Bakıya səfəri dediyiniz problemlərin həlli istiqamətində dönüş yarada bildimi?
- Birmənalı olaraq dönüş yaratmadı. Amma dönüş yaratmasa da, ən azı danışıqlar üçün yeni mərhələ oldu. Hesab edirəm ki, tərəflər bundan sonra emosiya ilə deyil, ağıl-təmkinlə və dövlətlərin maraqlarını, regional durumu nəzərə alaraq addım atacaqlar. Beləliklə həssas və gərgin olan münasibətləri daha yetkin müstəviyə yönəldə bilər.
- Prezident İlham Əliyev Azərbaycanın PKK-nı terror təşkilatı kimi tanıdığını bəyan etdi. Prezidentin bəyanatı Türkiyə tərəfini məmnun edib. Böyükelçi Hülusi Kılıc ötən gün mətbuat konfransında bu faktı dönə-dönə vurğuladı. Bəyəm buna qədər Azərbaycan PKK-nı terror təşkilatı hesab etmirdi?
- Azərbaycanın PKK-nı terror təşkilatı kimi tanıması haqda bəyanat rəsmilərimizin dilindən bir neçə dəfə səslənib. Hətta Ərdoğanın bundan əvvəlki səfəri zamanı prezident İlham Əliyev PKK-nı terror təşkilatı kimi tanıdığını bəyan etmişdi. Ona görə də bu bəyanat ilk deyil. Sadəcə cəmiyyət bu məsələyə o qədər həssas yanaşır ki, hər dəfə deyiləndə xüsusi şəkildə qabardılır. Çünki bu, tərəflərin maraqlarına qulluq edən və özündə əks etdirən məsələdir. Diqqət etsəniz 1991-ci ildən bu yana türk rəsmiləri Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü tanıdıqlarını və heç bir halda Ermənistanla əlaqə qurulmayacağını bəyan ediblər. Amma son dönəmlərdə vəziyyət elə həssas məqama çatıb ki, Türkiyə iqtidarının dilindən bu söz yenidən səsləndi və biz ona yeni hadisə kimi yanaşdıq. Çünki münasibətlər həssasdır, problemlər fərqlidir.
- Sizcə, Azərbaycan PKK-nın terrorçu təşkilat olduğunu hansısa sənədə yazmalıdırmı, yoxsa siyasi bəyanat kifayətdir?
- Terrorçu təşkilatın tanınması üçün əvvəlcə terror haqqında qanun qəbul edilməlidir. Bundan sonra terrorçu təşkilatların qanun əsasında tanınması proseduru baş verməlidir. Dünya terrora qarşı mübarizə aparır və terror gerçəkdən dünyanı təhdid edən başlıca məsələlərdən biridir. Həm də ən aktual məsələdir. Azərbaycan daxil əksər ölkələr terrordan əziyyət çəkir. Əgər Azərbaycan belə bir addım atacaqsa, demək terrorla mübarizədə dünya dövlətləri ilə birgə addımlamaqla yanaşı çətinlikləri də yaranacaq.
- Hansı çətinliklər yarana bilər?
- Ayrı-ayrı dövlətlər onlara qarşı terror əməli törədən qrupların tanınmasını və onlarla mübarizədə Azərbaycandan bu və ya digər istəkləri olacaq. Elə qruplar var ki, onu bir dövlət terrorçu kimi tanıyır, amma onlar ölkəsində hakim partiyadır. Elə qrup da var ki, dünya onu terrorçu kimi tanıyır, amma bir dövlətin hakimiyyət strukturlarında əhəmiyyətli rolu var. Təbii ki, bunlar Azərbaycan üçün problemlər yaradır. Azərbaycan bu məsələlərə dözümlü və səbirli yanaşmalıdır. Konkret PKK-nın tanınması məsələsinə gəlincə, heç bir halda Türkiyə ilə münasibətlər baxımından PKK-nın terrorçu təşkilat kimi tanınmasını ləngitmək olmaz. Həm də terror təşkilatının tanınmasının başqa yolları da var. Türkiyə ilə Azərbaycan arasında ikitərəfli müqavilələrdə PKK-ya qarşı birgə mübarizəni təşkil etmək prinsiplərini qoymaq lazımdır. Bu iki tərəfli müqavilə əsasında rahat iş həyata keçirilə bilər. Türkiyə tərəfinin də buna getməməyinin çətinlikləri var. Türkiyə işin daha çox ikitərəfli müqavilələr çərçivəsində deyil, qanun çərçivəsində edilməsinə tərəfdardır. İki tərəfli müqavilə çərçivəsində Türkiyənin istəyi ilə Azərbaycan PKK-nı terror təşkilatı olaraq tanıyacaq və Türkiyənin də Ermənistanla əlaqələrin qurulmaması net şəkildə müqaviləyə salınacaq. Bu da Türkiyənin həm beynəlxalq aləmdə, həm regiondakı manevr imkanlarını azaldacaq. Eyni zamanda ən azı Surix protokolunu şübhə altına salacaq. Bu da başqa sahələrdən Türkiyəyə basqılar yaradacaq. Hər dövlətin öz çətinlikləri olduğundan bu məsələdə bir az səbir nümayiş etdirərək dərinə getmirlər.
- PKK-nın Azərbaycana uzantısları haqqında mətbuatda informasiyalar öz əksini tapıb, siyasətçilər bu barədə danışıblar. Sizcə terror təşkilatının Azərbaycana uzantısı varmı?
- Azərbaycanda PKK-nın yançısı olan iş adamları, şirkətlərin burada bizneslə məşğul olmaq imkanları ola bilər. Amma bütövlükdə Azərbaycanda PKK qolu və onun bilavasitə örgüt kimi strukturlaşması mümkünsüzdür. Çünki Azərbaycanda kompakt zona yoxdur ki, orada PKK-nı dəstəkləyə bilən qrup olsun. Adətən bu cür qruplar milli etnik zəmində kompakt yaşayan əhalinin imkanlarından yararlanmağa çalışırlar. O yerlərdə həm təbliğat işi aparırlar, həm insanları ideologiya ətrafında birləşdirirlər, həm də strukturları oradan yayırlar. Azərbaycanda isə kürd əsilli insanlar var, amma onların əksəriyyəti uzun illərdir ki, burada yerli əhali ilə qaynayıb-qarışıblar. Onların böyük əksəriyyəti heç kürd dilini də bilmir. Həm də kompakt yaşadıqları ərazi yoxdur ki, ordan PKK-nın ideologiyasını ortaya çıxarmaq mümkün olsun. Pərakəndə yaşayan insanlar içində isə PKK-nı institutlaşdırmaq mümkün deyil.
- Ancaq Türkiyənin Azərbaycandakı səfiri cavab verdiyiniz sualı cavablandırmaqdan imtina edib...
- Ola bilər ki, cənab səfir diplomatik normaları yerinə yetirib və sualın üstündən keçib. PKK-nın hər yerdə izləri var. Bir terror təşkilatı olaraq PKK hər yerdə bağlantı axtardığı, həm kürdəsilli adamlarla, həm də cinayət sahəsində məşhur olan qruplarla əlaqəsi var. Azərbaycanda mümkün deyil ki, bu olmasın. Ancaq bu institutlaşdırılmayan strukturdur və onun formalaşdırılması qeyri-mümkündür.
- Türkiyə rəsmilərinin Bakıya gələrkən müxalifət nümayəndələri ilə görüşməməsini necə qiymətləndirirsiniz?
- Əvvəllər belə ənənə var idi, bura gələn Türkiyə rəhbərləri müxalifətlə görüşürdü. Təəssüflər olsun ki, son illər bu ənənə aradan qaldırıldı. Amma mən Ərdoğanın səfəri zamanı tədbirlərə dəvət alıb iştirak etmişəm.
- Baş nazirlə birbaşa ünsiyyətdə oldunuzmu?
- Yox, birbaşa ünsiyyət olmadı, amma tədbirə dəvət aldım.
- Azərbaycana gələn ABŞ və Avropa rəsmiləri müxalifət partiyasının rəhbəri olaraq sizlərlə görüşür. Bəs qardaş dediyimiz türk rəsmiləri niyə görüşmür?
- Ona görə, görüşmürlər ki, hər iki ölkənin iqtidarları bir-biri ilə münasibətlərini qəlizləşdirmək və korlamaq istəmirlər. Hesab edirlər ki, müxalifətlə görüşmək iqtidarlararsı münasibətlərə soyuqluq gətirər. Heç kim də bu baryeri aşmaq istəmir. Amma bu yanlış siyasətdir. Türkiyə bu siyasətinə dəyişiklik etməlidir.
Mənbə: Bizim Yol

Комментариев нет:
Отправить комментарий