Salam, əziz bacı və qardaşlar, dəyərli həmvətənlər, sizi Azərbaycan xalqının və bütün Müsəlman aləminin birliyini, vahidliyini özündə təcəssüm etdirən müqəddəs bayramımız, Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Ulu tanrıdan vətənimizə sülh və əminamalıq, xalqımıza firəvanlıq arzu edirəm. İnsani dəyərlərin maddi dəyərləri üstələdiyi, insanlıq dərsi və nəfs imtahanı olan bu müqəddəs ayda xalqımızın dostluğa, birliyə, qardaşlığa doğru bir addım daha da irəlilədiyinin şahidi olduq.
Ramazan ayı xalqımızın milli-mənəvi dəyərləri xəzinəsində özünə əhəmiyyətli yer tutmuş, əsrlərdən bəri bizə sevməyi və sevilməyi, qarşılıq ummadan əl tutmağı öyrətmiş, insanpərvərlik kimi ali dəyərləri bizə aşılamışdır.
Bayram münasibəti ilə hamınıza səmimi salamlarımı və bayram təbriklərimi çatdırır, sizə və ailənizə əbədi səadət, can sağlığı və xoşbəxtlik arzu edirəm.

Комментариев нет:
Отправить комментарий