01.07.2011

Vətən təhlükədə olarsa hər bir adam ölkəni müdafiə edə bilər

     Hər il magistratura pilləsinə imtahanlar ərəfəsində ictimaiyyətdə bu pilləyə daxil olmuş gənclərə Hərbi Xidmətdən möhlət hüququnun verilməsi barədə müxtəlif fikirlər səsləndirilir. Parlamentdə dəfələrlə bu mövzunu gündmə gətirsəm da, gənclərə təhsillə bağlı xüsusi güzəşt və imtiyazların verilməsi barədə məsələ qaldırsam da çox təəssüf ki hələ  də hansısa qəti bir qərar qəbul olunmayıb. İstənilən halda dövlət gənc nəsilin savadlı yetişməsində maraqlı olmalıdır. Amma indiki şəraitdə  biz bu təşəbbüsü görmürük.





    Təəssüf edirəm ki, elmi fəaliyyətlə məşğul olan gənclər üçün hökumət və qanunlar heç bir imtiyaz tanımır. Bu gün Azərbaycan daha çox elmli gənclərə ehtiyyac var. Biz çalışmalıyıq ki, qabiliyyət və bacarığı olan şəslər dövlətin bütün imkanlarından yararlanıb, təhsilini davam etdisin.
   İnanıram ki, Vətən təhlükədə olarsa mövqeyi və savadından asılı olmadan hər bir adam ölkəni müdafiə edə bilər. Amma heç də hamı elmi fəaliyyətlə məşğul ola bilməz. Ona görə də elmi biliklərini artırmaq isəyənlərə dövlət imityazlar, xüsusi güzəştlər tanımalıdır.

Комментариев нет:

Отправить комментарий